Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahmatçımız dünya çempionatında qızıl medal qazandı - FOTO

Şahmatçımız dünya çempionatında qızıl medal qazandı - FOTO

Tarix: 23 Noyabr 2025 22:44

İspaniyada keçirilən qadın şahmatçılardan ibarət komandalar arasında dünya çempionatına yekun vurulub.

Sonxeber.net-ın məlumatına görə, mötəbər yarışın finalında Azərbaycan və FIDE komandaları qarşılaşıb. Hər iki görüşdə FIDE komandası üstün olub (3:1;2,5:1,5).

Beləliklə Azərbaycan komandası tarixində ilk dəfə dünya çempionatında ikinci yeri tutub.

Birinci lövhədə çıxış edən Avropa çempionu Ülviyyə Fətəliyeva 10 partiyada 6 xal toplamaqla bütün şahmatçıları qabaqlayaraq qızıl medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva iştirak edib. Kapitan İlahə Qədimova, məşqçilər Nicat Abasov və Qədir Hüseynov olub.


Etiketlər:  Şahmatçımız dünya çempionatında qızıl medal qazandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ