Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyaya yollanan ''Qarabağ''ın futbolçusu hava limanında problemlə üzləşdi - FOTO

İtaliyaya yollanan ''Qarabağ''ın futbolçusu hava limanında problemlə üzləşdi - FOTO

Tarix: 23 Noyabr 2025 19:24

UEFA Çempionlar Liqasının 5-ci turunda səfərdə "Napoli" ilə qarşılaşacaq "Qarabağ" İtaliyaya yola düşüb.

Sonxeber.net xəbər verir ki, matçın baş tutacağı Neapol şəhərinə çarter reysi ilə yollanan Ağdam klubunun bir futbolçusu Heydər Əliyev adına Beynəlxalq Aeroportunda problemlə üzləşib. Söhbət qapıçı Fabiyan Buntiçdən gedir.

Xorvatiyalı qolkiper gömrük məntəqəsində bahalı saatına görə problem yaşayıb. Buna görə də onun təyyarəyə minməsinə icazə verilməyib. Bu müddətdə Buntiç tək olmayıb. Komanda yoldaşı Elvin Cəfərquliyev problemin həllində gömrük işçilərinə, Fabiyana kömək edib. O, tərcüməçilik funksiyasını öz üzərinə götürüb.

Problem 20-30 dəqiqə ərzində aradan qaldırılıb və futbolçular təyyarəyə yollanıblar.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də keçiriləcək. (publika.az)


Etiketlər:  İtaliyaya yollanan Qarabağın futbolçusu hava limanında problemlə üzləşdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ