Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərhum müğənninin həyat yoldaşı müğənnilərə etiraz etdi

Mərhum müğənninin həyat yoldaşı müğənnilərə etiraz etdi

Tarix: 23 Noyabr 2025 15:00

Mərhum müğənni Vidadi Bərdəlinin həyat yoldaşı Naidə Heydərova onun mahnılarının icazəsiz ifa edilməsinə narazılıq bildirib.

Sonxeber.net-ın məlumatına görə, "Elgizlə izlə" verilişinə telefonla bağlanan Naidə xanım Vidadi Bərdəliyə məxsus bütün musiqi irsinin hüquqlarının özündə olduğunu bildirib:

"Vidadinin arxivində olan hər bir mahnı məndədir. Kim hansı əsəri ifa etmək istəyirsə, əvvəlcə mənimlə əlaqə saxlamalıdır. 'Zeynəbim' mahnısını da götürüb oxuyublar. Bir çoxları həmin mahnının Qədir Məmmədova aid olduğunu düşünür, amma bunun belə olmadığı rəsmi şəkildə təsdiqlənib".

Qeyd edək ki, Vidadi Bərdəli 2012-ci ilin 30 noyabrında, 53 yaşında dünyasını dəyişib.


Etiketlər:  Mərhum müğənninin həyat yoldaşı müğənnilərə etiraz etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ