Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şahların, prezidentlərin toyunu oxumuşam, həmin müğənnilərə baxanda ÜRƏYİM BULANIR”

''Şahların, prezidentlərin toyunu oxumuşam, həmin müğənnilərə baxanda ÜRƏYİM BULANIR”

Tarix: 22 Noyabr 2025 18:55

Əməkdar artist Bəsti Bəkirova "Öz aramızda" verilişində qonaq olaraq sənət dünyasında son zamanlar müşahidə olunan davranışlara münasibət bildirib.

Sonxeber.net xəbər verir ki, müğənni xüsusilə sosial şəbəkələrdə əllərində böyük miqdarda pul nümayiş etdirərək kamera qarşısında poz verən ifaçıları sərt tənqid edib.

Sənətçi belə görüntülərin həm sənət adına, həm də mədəniyyətə yaraşmadığını vurğulayıb:

"İndiki müğənnilər əllərində pulu göstərib, kameraya poz verirlər. Onlara baxanda ürəyim bulanır, iyrənc görünürlər. Qeyri-etikdir, ayıbdır. Bu, mədəniyyətsizlikdir".

Əməkdar artist öz sənət təcrübəsindən danışaraq, illər əvvəl ən bahalı məclislərdə ifa etdiyini, amma heç vaxt qazandıqları pulla lovğalanmadıqlarını qeyd edib:

"Ən bahalı toylarda oxumuşuq. Mən şahların, ölkə prezidentlərinin məclislərini idarə etmişəm. Bizə o pulları çamadanla verirdilər, amma heç vaxt göstərməmişik".

Bəsti Bəkirova həmçinin aparıcı Zaur Rzayevlə birlikdə Dağıstanın padşahının toyunda iştirak etdiyini də açıqlayıb:

"Zaurla birgə Dağıstanın padşahının toyunu oxumuşuq. Qızının məclisini idarə etmişəm. Oğlu burada səfirlik nümayəndəsi idi".

Sənətçinin fikirləri sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bir çox izləyici Bəkirovanın tənqidlərini haqlı hesab ediblər.

Musa


Etiketlər:  Şahların prezidentlərin toyunu oxumuşam həmin müğənnilərə baxanda ÜRƏYİM BULANIR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ