Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakimlər mərc oyunlarına milyonlarla pul yatırıblarmış...

Hakimlər mərc oyunlarına milyonlarla pul yatırıblarmış...

Tarix: 22 Noyabr 2025 17:10

Türkiyə futbolunda mərc oyunlarına pul qoyuluşu ilə bağlı yaranan böyük qalmaqalda yeni məqamlar üzə çıxıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, İqtisadi Cinayətləri Araşdırma Komissiyası (MASAK) 17-sindən səkkizi şübhəli şəxs qismində saxlanılmış futbol hakimlərinin bukmeyker kontorlarına 915 milyon lirə (təxminən 36.7 milyon manat) məbləğində pul qoyduqlarını açıqlayıb.

Xəbərdə bildirilir ki, qanunsuz olaraq mərc oyunlarında iştirak edən bütün referilərlə bağlı ayrı-ayrılıqda araşdırmalar aparılır.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi mərc oyunlarında iştirak edən 100-dən çox hakimi 8-12 ay müddətinə futboldan kənarlaşdırıb.


Etiketlər:  Hakimlər mərc oyunlarına milyonlarla yatırıblarmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ