Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xalq artisti olmağa layiqəm''

''Xalq artisti olmağa layiqəm''

Tarix: 22 Noyabr 2025 15:35

Səhnəyə yenidən qayıdan müğənni Samir Bağırov jurnalist Elvin Elxana açıqlaması ilə gündəmə gəlib.

Sonxeber.net xəbər verir ki, sənətçi özünün "Xalq artisti" fəxri adını daşımağa layiq olduğunu bildirib.

Samir Bağırov bu məsələ ilə bağlı fikirlərində deyib:

"Mən zəif insan deyiləm. Ad vermək sürpriz olmalıdır, çağırıb deməlidirlər. Bir dəfə mənə dedilər ki, gəlin ad məsələsi barədə danışaq. Niyə? Mən buna layiqəmsə, bu, danışıqlarla yox, öz axarı ilə olmalıdır."

Müğənni həmçinin hazırda fəxri ada xüsusi bir gözləntisi olmadığını vurğulayıb:

"Mən bu an Xalq artisti adını gözləmirəm. Hər şey öz zamanı gələndə yerini tapacaq".

Sənətçinin bu fikirləri sosial mediada geniş müzakirə olunub.

Hüseyn


Etiketlər:  Xalq artisti olmağa layiqəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ