Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2025 08:25
Rusiyanın Xalq artisti Nikolay Baskovun korporativ tədbirlərdə və toylarda çıxış etmək üçün aldığı qonorar açıqlanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Baskov 40 dəqiqəlik çıxış üçün 6 milyon rubl (təxminən 127 500 AZN) alır. Onu toy aparıcısı kimi dəvət etmək isə 12 milyon rubla (təxminən 255 min AZN) başa gəlir.
Baskovun komandasına 27 nəfərlik heyət daxildir: musiqiçilər, rəqqasələr, geyim dizaynerləri, cangüdənlər və sürücülər. Sənətçi onlar üçün 12 maşın, özü üçün isə isti və işıqlı geyim otağı, yemək və bahalı şampan tələb edir.