Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA ''Bavariya''nın ulduzunu cəzalandırdı

UEFA ''Bavariya''nın ulduzunu cəzalandırdı

Tarix: 22 Noyabr 2025 12:56

UEFA "Bavariya"nın yarımmüdafiəçisi Luis Diası üç oyunluq diskvalifikasiya tətbiq edib.

Sonxeber.net xəbər verir ki, məlumatı jurnalist Kristian Falk "X" platformasında yayıb. Qərara əsas səbəb kolumbiyalı futbolçunun Çempionlar Liqasının PSJ ilə görüşündə birbaşa qırmızı vərəqə almasıdır.

Sözügedən matçda "Bavariya" səfərdə 2:1 hesablı qələbə qazanmışdı. Dias 28-ci dəqiqədə rəqib müdafiəçi Əşrəf Hakimiyə qarşı sərt müdaxilə edərək ona ciddi zədə yetirdiyi üçün meydandan qovulmuşdu. Maraqlıdır ki, futbolçu həmin oyunda iki qol vuraraq dubla da imza atmışdı.

Diskvalifikasiya səbəbindən Luis Dias Çempionlar Liqasında "Arsenal", "Sportinq" və "Royal Union"la keçiriləcək qarşılaşmalarda komandaya kömək edə bilməyəcək.

Hüseyn


Etiketlər:  UEFA Bavariyanın ulduzunu cəzalandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ