Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2025 21:34
Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan "Sumqayıt" - "Qarabağ" (2:4) oyunu mövsümün tamaşaçı rekordunu yeniləyib.
Sonxeber.net xəbər verir ki, qarşılaşma üçün satışa çıxarılan 9 100 biletin hamısı satılıb.
Bildirilib ki, bu, hazırkı mövsümdə oyunlarda ən yüksək azarkeş iştirakı kimi qeydə alınıb.
Görüntülərdə stadionun tam dolu olması diqqəti çəkir.