Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Colinin məşhur filminin rejissoru öldü

Colinin məşhur filminin rejissoru öldü

Tarix: 21 Noyabr 2025 14:10

Kanadalı tanınmış aktyor Spenser Lofranko 33 yaşında vəfat edib.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, mərhumun ailəsi onun ölümünü rəsmən təsdiqləyib.

Məlumata görə, aktyor Kanadanın Britaniya Kolumbiyası əyalətində həyatını itirib. Ölüm səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Lofrankonun qardaşı Santino sosial şəbəkədə qardaşının itkisi ilə bağlı kədərli paylaşım edib:
"Əfsanə Spenser Lofranko... Bəzilərinin yalnız xəyal edə biləcəyi həyatı yaşadın. Çox insanın həyatına təsir etdin və indi Tanrının yanındasan. Səni həmişə sevəcəyəm və darıxacağam", - deyə o yazıb.

Xatırladaq ki, Spenser Lofranko 2013-cü ildə "Jamesey Boy" filmində baş rola çəkilərək aktyorluq karyerasına başlamışdı. Bir il sonra Hollivud ulduzu Ancelina Coli onu "Unbroken" filminin rejissoru və prodüseri kimi seçmişdi. Həmin ekran işində bir sıra tanınmış aktyorlar iştirak etmişdi.

Aktrorun həyatında qalmaqallı bir hadisə də qeydə alınmışdı: 2013-cü ildə o, velosiped sürən şəxsi vurmaqda təqsirli bilinmiş və 50 günlük ictimai işə cəlb edilmişdi. Hadisə zamanı maşından düşüb zərərçəkmişdən üzr istəsə də, təcili yardım gələnədək qorxudan hadisə yerini tərk etdiyi bildirilirdi. Yaralı isə aldığı ağır xəsarətlərdən sonra uzun müddət əlil arabasından istifadə etmiş və yenidən yeriməyi öyrənmişdi.

Məlumata görə, Lofranko 2019-cu ildən tənha həyat tərzi sürür, çimərlikdə yerləşən kiçik evdə yaşayırdı.

Hüseyn


Etiketlər:  Colinin məşhur filminin rejissoru öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ