Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi “Barselona”ya qayıdır? - Laporta AÇIQLADI

Messi “Barselona”ya qayıdır? - Laporta AÇIQLADI

Tarix: 21 Noyabr 2025 09:46

"Barselona"nın prezidenti Joan Laporta klubun əfsanəsi Lionel Messinin yenidən kataloniyalılara qoşula biləcəyi barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, Laporta məsələ ilə bağlı sərt mövqe ortaya qoyub.

Prezident bildirib ki, Messinin futbolçu kimi "Barselona"ya dönməsi real deyil: "Messinin hazırda 'İnter Mayami' ilə qüvvədə olan müqaviləsi var və onun geri qayıtması mümkün görünmür".

Laporta vurğulayıb ki, klubun diqqəti keçmişə deyil, qarşıdakı illərdə formalaşacaq komandaya yönəlib:
"Biz müasir komanda və gələcək strategiya üzərində işləyirik. Keçmişlə yaşasan, inkişaf edə bilməzsən".

Bu açıqlama argentinalı superulduzun Kataloniyaya dönüş ehtimalını demək olar ki, tam aradan qaldırır. Bununla yanaşı, Laporta bir müddət əvvəl Messiyə xüsusi ehtiram göstərilməsi planlarının müzakirə edildiyini, o cümlədən "Camp Nou" ərazisində onun heykəlinin ucaldırılması layihəsinin gündəmdə olduğunu xatırladıb.

Xatırladaq ki, yenidən qurulan "Camp Nou" stadionuna Messinin gözlənilməz səfəri son günlər onun mümkün dönüşü ilə bağlı müzakirələri yenidən alovlandırmışdı. Lakin ulduz futbolçunun dörd il əvvəl klubdan qəfil və məyusedici ayrılışı, eləcə də "İnter Mayami" ilə uzunmüddətli müqaviləsi bu ehtimalları əvvəldən zəif göstərirdi. Messi ilə Laporta arasında münasibətlərin soyuqluğu isə iddiaları daha da zəiflədən amillərdən hesab olunurdu.

Hüseyn


Etiketlər:  Messi Barselonaya qayıdır Laporta AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ