Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' Kadinin əvəzinə onu sifariş etdi

''Qarabağ'' Kadinin əvəzinə onu sifariş etdi

Tarix: 21 Noyabr 2025 10:20

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının oyunları üçün daha bir futbolçunu iştirak ərizəsinə daxil edib.

Sonxeber.net xəbər verir ki, Joni Montiel siyahıya əlavə olunub.

27 yaşlı yarımmüdafiəçi zədə səbəbindən uzun müddətə sıradan çıxan Kadi Borgesi əvəzləyib.

UEFA İcraiyyə Komitəsinin yayda çıxardığı qərara əsasən, avrokuboklarda bir futbolçu ən azı 2 aylıq sıradan çıxsa, onu iştirak ərizəsində başqası əvəzləyə bilər.

Qeyd edək ki, "Qarabağ" noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada "Napoli"nin qonağı olacaq. /report.az


Etiketlər:  Qarabağ Kadinin əvəzinə sifariş etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ