Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barselona” tarixinin ən yaxşı futbolçusu SEÇİLDİ

“Barselona” tarixinin ən yaxşı futbolçusu SEÇİLDİ

Tarix: 20 Noyabr 2025 12:18

"Diario Sport" nəşri argentinalı ulduz Lionel Messini "Barselona" klub tarixinin ən yaxşı oyunçusu elan edib.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, xüsusi mükafat təqdim edilərkən Messiyə azarkeşlərin hazırladığı təşəkkür videosu göstərilib. Futbolçu həmin an duyğulanaraq göz yaşlarını gizlətməkdə çətinlik çəkib.

Mükafatla bağlı çıxış edən Messi bildirib:

"Klubdan ayrılmaq istəmirdim, karyeramı məhz "Barselona"da başa vurmağı arzulayırdım. Təəssüf ki, hər şey fərqli alındı. Buna baxmayaraq, bu dəyərli mükafata görə minnətdaram. Əminəm ki, bir gün ailəmlə birlikdə yenidən Barselonaya qayıdacağam. Ora mənim evimdir".

Mükafat futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Hüseyn


Etiketlər:  Barselona tarixinin yaxşı futbolçusu SEÇİLDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ