Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2025 01:36
FIFA milli komandaların yenilənmiş reytinqini dərc edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi reytinqdə dörd pillə geriləyərək 127-ci yerdə qərarlaşıb.
Siyahıya isə İspaniya yığması başçılıq edir. İlk üçlüyü müvafiq olaraq, Argentina və Fransa milliləri tamamlayır.
Reytinqin ilk onluğunu təqdim edirik:
1. İspaniya
2. Argentina
3. Fransa
4. İngiltərə
5. Braziliya
6. Portuqaliya
7. Niderland
8. Belçika
9. Almaniya
10. Xorvatiya