Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''la oyunda ''Napoli''nin beş əsas heyət oyunçusu olmayacaq

''Qarabağ''la oyunda ''Napoli''nin beş əsas heyət oyunçusu olmayacaq

Tarix: 19 Noyabr 2025 22:14

"Napoli"nin UEFA Çempionlar Liqasının növbəti turunda "Qarabağ"a qarşı keçirəcəyi oyunda daha iki futbolçunun iştirak etməyəcəyi bəlli olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Leonardo Spinazzola, Billi Gilmur zədələrini sağalda bilməyiblər.

Onlar bərpa prosesindədirlər və Çempionlar Liqasındakı "Qarabağ" matçına qədər hazır ola bilməyəcəklər.

Qeyd edək ki, həmçinin qapıçı Aleks Meret, yarımmüdafiəçilər Andre Zambo-Anqissa və Kevin De Bruynenin də zədə səbəbindən matçı buraxacaqları məlumdur.

Xatırladaq ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 26-da "Stadio Diego Armando Maradona" stadionunda, saat 00:00-da start götürəcək.


Etiketlər:  Qarabağla oyunda Napolinin beş əsas heyət oyunçusu olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ