Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2025 15:10
Məşhur isveçrəli futbolçu Alişa Lemannın evi qarət edilib.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, hadisə ilə bağlı idmançı öz sosial media hesabında məlumat yayıb.
Lemann paylaşımında evinə oğruların girdiyini bildirib və buna yumorla reaksiya verərək diqqət çəkib. O, paylaşımında belə yazıb:
"Mən təmizliyə qarşı çox həssasam. Növbəti dəfə evimə girənlərdən xahişim - heç olmasa çıxanda hər şeyi səliqəyə salın."
Futbolçunun bu zarafat dolu reaksiyası sosial mediada geniş müzakirə olunub. İzləyicilər onun soyuqqanlı davranışını və vəziyyətə yumorla yanaşmasını təqdir ediblər.
Hüseyn