Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son 7 il ərzində qeyri-neft-qaz özəl sektorda əmək haqqı fondu 3 dəfə artıb

Son 7 il ərzində qeyri-neft-qaz özəl sektorda əmək haqqı fondu 3 dəfə artıb

Tarix: 19 Noyabr 2025 12:44

Son illərdə dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin, o cümlədən vergi daxilolmalarının artması vergi dərəcələrinin artırılması hesabına deyil, şəffaflaşma və keyfiyyətli inzibatçılıq sayəsində vergitutma bazasının genişlənməsi yolu ilə təmin edilmişdir.

Sonxeber.net xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, nəticədə iqtisadiyyatda, xüsusilə də qeyri-neft qaz sektorunda vergitutma bazası genişləndi, büdcənin gəlir və xərclərinin artımı ilə yanaşı əhalinin gəlirləri və müəssisələrin sərmayələri əhəmiyyətli dərəcədə artdı:

"2025-ci ilin gözlənilən rəqəmi nəzərə alınmaqla əhalinin gəlirlərinin ən mühüm mənbəyi olan əmək haqqı fondu qeyri-neft-qaz özəl sektorda 2019-2025-ci illərdə 3 dəfə artmışdır".


Etiketlər:  ərzində qeyri neft özəl sektorda əmək haqqı fondu dəfə artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ