Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2025 03:00
Dünyanın ən varlı futbolçularının siyahısı açıqlanıb.
Sonxeber.net xəbər verir ki, siyahıya Bruney kral ailəsinin üzvü Faiq Bolkiah liderlik edir.
Belə ki, onun şəxsi sərvəti 20 milyard funt sterlinq qiymətləndirilir.
Məlumata görə, Neymar Jr. 1,3 milyard, Kriştianu Ronaldo 1 milyard, Lionel Messi isə 800 milyon funt sterlinq sərvətə sahibdir.
Qeyd edək ki, Faiq Bolkiah əvvəllər "Çelsi" və "Lester Siti"nin akademiyalarında çıxış edib. Hazırda o, Tailandın "Ratçaburi" klubunda oynayır.