Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''WhatsApp''da bir neçə hesabı eyni anda işlətmək olacaq

''WhatsApp''da bir neçə hesabı eyni anda işlətmək olacaq

Tarix: 19 Noyabr 2025 03:00

"WhatsApp" iOS istifadəçiləri üçün təqdim etdiyi beta versiyada multihesab dəstəyi funksiyasını sınaqdan keçirir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, yeni funksiya istifadəçilərə gizlilik və söhbət tarixçəsinə toxunmadan eyni tətbiqdə bir neçə hesabı idarə etməyə imkan verir.

Beta testçiləri artıq parametrlərdə "hesab siyahısı" adlı yeni bölmənin əlavə olunduğunu bildiriblər.

Şirkət, həmçinin "tətbiq kilidi" funksiyasını çoxlu hesab quraşdırmasına inteqrasiya edib.

"Tətbiq kilidi" aktivləşdirilmiş hesaba keçərkən, proqram istifadəçilərdən Face ID, Touch ID və ya cihaz parolundan istifadə edərək şəxsiyyətlərini yoxlamağı xahiş edəcək.

Qeyd edək ki, hazırda beta versiyada hər cihazda iki hesab dəstəklənir.


Etiketlər:  WhatsAppda neçə hesabı eyni anda işlətmək olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ