Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada ilk robot stüardessa sınaqdan keçirildi

Dünyada ilk robot stüardessa sınaqdan keçirildi

Tarix: 16 Noyabr 2025 17:32

Rusiyanın "Pobeda" aviaşirkəti dünyada ilk dəfə olaraq robot stüardessanı sınaq uçuşunda sınayıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki,  Moskva-Ulyanovsk reysi sərnişinləri uçuş öncəsi "Volodya" adlı robot stüardessa ilə qarşılanıb.

Sınaq mərhələsində olan "Volodya" sərnişinlərin böyük marağına səbəb olub. Robot stüardessa sərnişinlərin bilet yoxlamasını həyata keçirdikdən sonra uçuşdan əvvəlki təhlükəsizlik qaydalarını izah edib.

Aviaşirkət bildirib ki, bu, "Volodya"nın dünyada ilk sınaq uçuşudur. Nəticələr qiymətləndirildikdən sonra robot stüardessanın digər reyslərdə də istifadəsi planlaşdırılır. Sərnişinlər "Volodya" ilə şəkil çəkdirərək bu texnoloji yeniliyi yaddaqalan anlara çeviriblər.


Etiketlər:  Dünyada robot stüardessa sınaqdan keçirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ