Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2025 13:30
Beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan və orqan gözləyən İsrafil Məmmədova köçürülüb.
Sonxeber.net xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, transplantasiya əməliyyatı nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin transplantoloq-cərrahı Tariyel Nadirovun rəhbərlik etdiyi komanda tərəfindən icra olunub.
Əməliyyatdan bir həftə sonra İsrafil Məmmədovun vəziyyəti stabilləşib və uzun illər davam edən dializ yükündən azad halda evə buraxılıb.