Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həftəsonu çox yatanlara həkimdən xəbərdarlıq

Həftəsonu çox yatanlara həkimdən xəbərdarlıq

Tarix: 17 Noyabr 2025 19:21

Həftəsonu çox yatmaq bazar ertəsi oyana bilməyi çətinləşdirir.

Sonxeber.net xəbər verir ki, bunu rusiyalı ekspert, somnoloq Sofia Çerkasova deyib. 

"Həftəsonu çox yatmaq cəhdləri iş günlərinin əvvəlində problemlər yarada və bazar ertəsi oyana bilməyi xüsusilə çətinləşdirə bilər.

İnsanlar adətən iş günlərində kifayət qədər yatmadıqları üçün şənbə və bazar günləri daha çox yatırlar. Bu zaman iş günləri və həftəsonu oyandıqda vaxt fərqi altı- yeddi saata çata bilər.

Məsələn, bir şəxs cümə günü səhər saat 6-da oyansa, şənbə günü günorta saat 12-də oyanır. Bu, saat qurşaqlarını kəskin dəyişmək kimi təsir yaradır. Belə rejimdə bazar ertəsinə çatanda daxili saatlar pozulur və erkən oyanmaq çox çətinləşir".

Somnolog xəbərdarlıq edir ki, həftəsonu çox yatmaq vərdişi bazar ertəsi günorta vaxtı insanın özünü yorğun və gücsüz hiss etməsinə səbəb ola bilər. Eyni zamanda, insanı dayanmadan yuxu tutma hissi əhatə edir.


Etiketlər:  Həftəsonu çox yatanlara həkimdən xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ