Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Renat Dadaşov Fransa futbolunun tarixinə düşdü:

Renat Dadaşov Fransa futbolunun  tarixinə düşdü:

Tarix: 17 Noyabr 2025 14:48

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Fransa futbolunun tarixinə düşüb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, millimizin forvardı Fransa yığma komandasına bütün tarixi ərzində ən tez qolu vuran oyunçu olub.

Fransa millisinin qapıçısı Lukas Şevalye debüt matçında yığmanın tarixinə antirekordla düşüb. Son antirekord 1935-ci ildə Rene Lyense tərəfindən qeydə alınmışdı. Doxsan il öncə fransızlar 4-cü dəqiqədə qapılarında qol görüblər. Azərbaycanlı hücumçuya isə rəqibi məyus etmək üçün 3 dəqiqə 4 saniyə kifayət edib. Bu da 90 il əvvəlki antirekordun təzələnməsi ilə nəticələnib.

Xatırladaq ki, DÇ-2026-nın seçmə mərhələsinin son oyununda Azərbaycan yığması dünən Bakıda Fransa millisinə 1:3 hesabı ilə uduzub.


Etiketlər:  Renat Dadaşov Fransa futbolunun tarixinə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ