Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sergen Yalçın xəstəxanaya yerləşdirildi

Sergen Yalçın xəstəxanaya yerləşdirildi

Tarix: 17 Noyabr 2025 17:00

"Beşiktaş"ın 53 yaşlı baş məşqçisi Sergen Yalçın əməliyyat olunub.

Sonxeber.net xəbər verir ki, mütəxəssisin səhər saatlarında damar tıxanıqlığından uğurlu əməliyyat keçirdiyi bildirilib. Onun damarlarından birinə stent qoyulub. Əməliyyat heç bir problem olmadan başa çatıb.

Təcrübəli məşqçinin ümumi sağlamlıq durumunun yaxşı olduğu bildirilsə də, Yalçın bu gün xəstəxanada həkimlər qrupunun nəzarəti altında saxlanılacaq.

"Beşiktaş"dan verilən açıqlamada bu ifadələr yer alıb:

Texniki Direktorumuz Sergen Yalçın bu gün səhər uğurlu angioqrafiyadan keçdi. Ümid edirik ki, Sergen Yalçın tezliklə sağalacaq və tezliklə sağalmasını arzulayırıq".


Etiketlər:  Sergen Yalçın xəstəxanaya yerləşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ