Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əməkdar mühəndis''ə yeni vəzifə verildi

''Əməkdar mühəndis''ə yeni vəzifə verildi

Tarix: 17 Noyabr 2025 17:10

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin (ADY) Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradov vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun məlumatına görə, QSC-nin sədri Rövşən Rüstəmov bu barədə əmr imzalayıb. 
Rövşən Rüstəmovun digər əmri ilə Elyar Muradovun vəzifəsi bir qədər yüksəldilib və "Azərbaycan Dəmir Yolları"nın Baş Mühəndisi təyin olunub. 

Qeyd edək ki, 2012-ci ildə Prezidentin fərmanı ilə "Əməkdar mühəndis" adını alan Elyar Muradov 2004-2023-cü illərdə ADY-nin Sərnişin daşımaları departamentinin, ardınca isə Hərəkət vasitələrinin təmiri departamentinin rəisi vəzifəsində çalışıb. 


Etiketlər:  Əməkdar mühəndisə yeni vəzifə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ