Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tunelin sonunda işıq görmürəm, şans yoxdur'' - VİDEO

''Tunelin sonunda işıq görmürəm, şans yoxdur'' - VİDEO

Tarix: 17 Noyabr 2025 10:42

"Hesab edirəm ki, Azərbaycan futbolu məhz legioner limitinə görə duruş gətirirdi". 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev ötən gecə Fransaya 1:3 hesablı məğlubiyyətdən sonra deyib. 

O bildirib ki, Azərbaycanı digər ölkələrlə müqayisə etmək lazım deyil: "Biz özümüzü Belçika və ya Fransa ilə müqayisə etməməliyik. Nə Belçikayıq, nə də Fransa. Biz Azərbaycanıq, bircə peşəkar liqamız var. Əvvəl 10 komanda var idi, indi daha 2-si əlavə olunub. Sayı 12-yə çatdırmaqla, daha çox azərbaycanlı futbolçuya şans veriləcəyi düşünülürdü. "İmişli"də neçə azərbaycanlı futbolçu oynayır? Heç bir komandanın əsas heyətində azərbaycanlı qapıçı yoxdur. Səlahət Ağayevdən başqa kim əsas heyətdə çıxış edir? Heç kim!"

Qolkiper vəziyyətin getdikcə ağırlaşdığını bildirib: "Hamı yaxşı olacağını düşünür. Bundan sonrası daha pis olacaq. Tunelin sonunda işıq görmürəm. Şans yoxdur". 


Etiketlər:  Tunelin sonunda işıq görmürəm şans yoxdur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ