Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı müğənninin bu mahnısı 500 min dollar gəlir gətirib

Azərbaycanlı müğənninin bu mahnısı 500 min dollar gəlir gətirib

Tarix: 17 Noyabr 2025 19:05

Müğənni Aysel Əlizadə açıqlaması ilə diqqət çəkib.

Sonxeber.net xəbər verir ki, o, ifasında sevilən "Yandırdın qəlbimi" adlı mahnıdan danışıb.

Sənətçi mahnısından külli miqdarda pul qazanmalı olduğu halda, qazancının bəhrəsini görməyib:

"7 il əvvəl yutubda yayımlananda izləmə 45 milyon idi. Yutub kanalım bağlanmasaydı 140 milyonu keçərdi. Yanlış addımlarımdan oldu. Müqavilə bağladım, yazılmışdı ki, mahnını şirkətə bağışlayıram. Buna da fikir verməmişəm. Türk dilini yaxşı bilmədiyim üçün imza atdım. Bundan sonra da baş verdi. Şirkət indi mənim pulumla dolanır. İlk mənim mahnımla çıxdı. Buradan heç bir şey qazanmadım.Mənə bunu yaşadan insan zəng vurdu ki, halallıq ver, əməliyyat olunuram. Dedim ki, kanalımda videonu bərpa et, halallıq verirəm. Videonu bərpa etdilər, əməliyyatdan çıxandan sonra yenidən kanalımı bağlatdırdı. Mahnıma görə həmin şirkət 8 il içində yarım milyon dollardan çox qazanıb".


Etiketlər:  Azərbaycanlı müğənninin mahnısı dollar gəlir gətirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ