Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2025 12:30
"Formula-1" ulduzlarının sosial şəbəkə hesabları onlara böyük gəlir qazandırmağa davam edir.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, pilotlar gəlirlərinin böyük bir hissəsini reklam xarakterli paylaşımlardan əldə edirlər. Lakin araşdırmalar bu auditoriyanın əhəmiyyətli bölümünün saxta izləyicilərdən ibarət olduğunu üzə çıxarıb.
Məlumata görə, 41,7 milyon izləyicisi olan yeddiqat dünya çempionu Lyuis Hemilton hər sponsorlu paylaşım qarşılığında 100 302 funt sterlinq qazanır. Onun izləyici kütləsinin 28 faizini - yəni 11,6 milyonunu bot hesablar təşkil edir. Bu da Hemiltona hər post üçün 27 924 funt sterlinq əlavə gəlir gətirir.
Komanda yoldaşı Şarl Leklerin hesabında isə 3,37 milyon saxta izləyici mövcuddur ki, bu da ümumi auditoriyanın 15,93 faizinə bərabərdir. Nəticədə pilot hər reklam paylaşımından təxminən 8 143 funt sterlinq əlavə gəlir əldə edir.
"Red Bull" komandasının lideri Maks Ferstappenin auditoriyasında botların payı 18,63 faizdir. Bu göstərici pilotun hər sponsorlu paylaşımına 7 502 funt sterlinq əlavə qazanc yazır.
"Aston Martin" sürücüsü Fernando Alonso isə saxta izləyicilərin ən çox olduğu F-1 pilotu kimi öndədir. Onun auditoriyasının 34,55 faizi bot hesablarından ibarətdir.
Tural