Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bakı bu gün həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır'' - Prezident

''Bakı bu gün həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır'' - Prezident

Tarix: 17 Noyabr 2025 11:06

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edən Bakı bu gün yalnız qlobal telekommunikasiya mərkəzi deyil, həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır.

Sonxeber.net xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciətində yer alıb.

Konfrans çərçivəsində, eyni zamanda, Bakı şəhərində BTİ-nin Regional Akselerasiya Mərkəzinin açılmasının planlaşdırıldığını diqqətə çatdıran Azərbaycan Prezidenti əlavə edib: "BTİ-nin qlobal innovasiya şəbəkəsinin bir hissəsi olacaq bu Mərkəz region üçün innovasiya və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcəkdir".


Etiketlər:  Bakı gün həm beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır Prezident


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ