Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2025 17:54
Banqladeşin keçmiş baş naziri Şeyx Hasina və daxili işlər naziri Əsəduzzaman Kan edam cəzasına məhkum edilib.
Sonxeber.net xəbər verir ki, məhkəmə bu iki şəxsi keçən il hökumətə qarşı etirazlar zamanı zorakılığa görə mühakimə edib.
Banqladeş Səhiyyə Nazirliyi keçən ilki etirazlarda 621-dən çox insanın öldüyünü, BMT isə ölənlərin sayının 1400-ə yaxın olduğunu bildirib.
Banqladeşdə xüsusi məhkəmə keçmiş baş nazir Şeyx Hasina və keçmiş daxili işlər naziri Əsəduzzaman Xan Kamalı ötən il hökumət əleyhinə etirazlar zamanı zorakılıqlara görə "insanlığa qarşı cinayətlər"də təqsirli bilib.
Paytaxt Dəkkə məhkəməsi devrilmiş baş nazir Şeyx Hasinanı və keçmiş daxili işlər naziri Əsəduzzaman Xan Kamalı ölüm cəzasına məhkum edib.
Qeyd edək ki, keçən il Banqladeşdə tələbələrin başçılığı ilə başlayan hökumət əleyhinə etirazlar polisin zorakı müdaxiləsi və yüzlərlə insanın ölümü ilə nəticələnib. Şiddətli üsyandan sonra hakimiyyətdən kənarlaşdırılan keçmiş baş nazir Hasina qətl, adam öldürməyə cəhd, işgəncə və etirazçılara qarşı öldürücü silahlardan istifadə əmri verməkdə günahkar bilinib.