Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2025 20:34
"Qarabağ" UEFA Çempionlar Liqasında səfərdə qarşılaşacağı "Napoli" (İtaliya) ilə oyundan öncə azarkeşlərinə müraciət edib.
Sonxeber.net klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisindən asılı olmayan səbəblərdən qonaq azarkeşlərə ayrılan vauçerlərin satışı noyabrın 21-dən etibarən dayandırılacaq.
Hazırda "Qarabağ"a dəstək olmaq istəyən azarkeşlər "iTicket.az" portalından onlayın bilet əldə edə bilərlər.
Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, saat 00:00-da start götürəcək.