Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Camaatı özünüzə güldürürsünüz''

''Camaatı özünüzə güldürürsünüz''

Tarix: 17 Noyabr 2025 21:25

Əməkdar artist Vasif Məhərrəmli sərt açıqlması ilə diqqət çəkib. 

Sonxeber.net xəbər verir ki, müğənni toylarda onlara verilən şabaşı sosial şəbəkədə paylaşan həmkarlarını hədəf alıb.

Sənətçi bu hərəkətinə gülünc olduğunu bildirib:

"Acizanə dərəcədə sizdən xahiş edirəm: toyda, nişanda əlinizə pul verəndə paylaşmayın. Bizə milyonlar baxır, siz kimlərinsə hissləri ilə oynayırsınız. Baxmayaraq orada böyük məbləğ yoxdur. Amma o pula ehtiyacı olanlar var. Eyni zamanda o pul kimlər üçünsə bir milçək vızıltısıdır. Onları da özünüzə güldürürsünüz. Manaf Ağayevin də yayımladığı eyni tərzdə olan videonu sildirmişəm".


Etiketlər:  Camaatı özünüzə güldürürsünüz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ