Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2025 13:08
Aparıcı Zaur Baxşəliyevin "Bizimləsən" verilişinin buraxılışı gərgin anlarla yadda qalıb.
Sonxeber.net xəbər verir ki, proqrama dəvət edilən Arzu adlı qadın ilə ekspert qismində studiyada olan tanınmış müğənni Taleh Yahyayev arasında mübahisə yaşanıb.
Efir zamanı Arzu xanımın Taleh Yahyayevin dediyi fikirlərə kəskin reaksiya verməsi ilə başlayıb. Söz-söhbət qısa zamanda qarşılıqlı ittihamlara çevrilib və studiyada emosional gərginlik artıb.
Mübahisə pik həddə çatanda Arzu xanımın vəziyyəti pisləşib, qadının ürəyi gedib. Ona ilkin tibbi yardım göstərilib.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub. İzləyicilər televiziyada studiyada baş verənləri tənqid ediblər.
Musa