Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2025 10:54
Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriya Prezidenti Əhməd əş-Şaranın adını terrorçular siyahısından çıxarıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Fidan Əhməd əş-Şaranın BMT-nin terrorçular siyahısından çıxarılmasını vacib addım kimi qiymətləndirib və bunun üçün BMT-yə təşəkkürlərini çatdırıb.
"Bu, Suriyanın iqtisadi rifahı və regional sabitliyi üçün böyük əhəmiyyət kəsb edirdi", - deyə nazir əlavə edib.