Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəri xərçəngindən bu sadə üsulla qorunmaq olar

Dəri xərçəngindən bu sadə üsulla qorunmaq olar

Tarix: 16 Noyabr 2025 04:06

ABŞ-nın Çikaqo Universitetinin alimləri günəş işığının sağlam dəri hüceyrələrini xərçəng hüceyrələrinə çevirə bilən mexanizmini də müəyyən ediblər. 

Sonxeber.net xəbər verir ki, araşdırmaya görə, uzunmüddətli ultrabənövşəyi (UB) şüalanma hüceyrələri iltihabdan və nəzarətsiz böyümədən qoruyan YTHDF2 adlı tənzimləyici zülalı məhv edir. Bu zülalın itirilməsi isə şişlərin yaranması ilə əlaqəli iltihabi prosesləri işə salır.

Günəş insan üçün vacib olsa da - xüsusilə D vitamininin sintezi üçün - məhz ultrabənövşəyi şüalanma dəri xərçənginin əsas risk faktorudur. ABŞ-də dəri xərçənginə yoluxma hallarının 90%-dən çoxu UB-şüalanma ilə əlaqələndirilir. UB şüaları DNT-ni zədələyir, oksidləşdirici stres və iltihab yaradır ki, bu da adi günəş yanığının əsas mexanizmidir.

Tədqiqat göstərir ki, RNT ilə tənzimləyici zülallar arasındakı balansın pozulması dəri xərçəngi ilə əlaqəli iltihabın başlamasına səbəb olur. Alimlər hesab edirlər ki, gələcəkdə bu mexanizmin dərin öyrənilməsi UB-şüaların yaratdığı xəstəliklərin profilaktikası və müalicəsi üçün yeni üsulların yaradılmasına imkan verə bilər.

Həkimlər dəri xərçəngindən qorunmaq üçün yenə də ən sadə və təsirli metodları tövsiyə edirlər:

Günəşə çıxmadan 15-20 dəqiqə əvvəl SPF 30 və ya daha yüksək qoruyucu krem çəkin.

Günorta saatlarında birbaşa günəş altında qalmaqdan qaçının.

Açıq rəngli, örtücü geyim və papaq geyinin.

Solaryumdan uzaq durun.

Dəri üzərində yaranan yeni ləkə, xal və dəyişiklikləri mütəmadi izləyin və ildə ən azı bir dəfə dermatoloqa müraciət edin.


Etiketlər:  Dəri xərçəngindən sadə üsulla qorunmaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ