Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2025 10:46
"Qarabağ"ın sabiq hücumçusu Juninyo uzun fasilədən sonra fərqlənib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Braziliyanın "Flamenqo" klubunda çıxış edən forvard "Sport Resife"yə qarşı oyunda qol vurub.
Belə ki, 27 yaşlı Juninyo 56-cı dəqiqədə meydana daxil olub və cəmi 5 dəqiqə sonra komandasını hesabda önə keçirən qola imza atıb.
Bu, onun 7 aylıq fasilədən sonra ilk qoludur.