Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2025 15:06
Nyu-Yorkun "Medison Skver Qarden" stadionunda keçirilmiş UFC 322 turnirində dava düşüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, davanın əsas iştirakçılarından biri amerikalı döyüşçü Dillon Denis olub.
O, turnirin əsas döyüşünün başlamasından əvvəl dava salaraq, Həbib Nurməhəmmədov və İslam Maxaçevin komanda üzvləri ilə toqquşub.
Dava iştirakçıları arasında keçmiş UFC döyüşçüsü Əbubəkr Nurməhəmmədov və Maqomed Zaynukov da olublar.
Qeyd edək ki, Dillon Denis 2018-ci ildə Həbib Nurməhəmmədov-Konor Makqreqor döyüşündə baş vermiş davada da yer alıb. Həmin vaxt o, irlandiyalı idmançının məşqlər üzrə əsas tərəfdaşlarından biri idi.