Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“O futbolçulara güvənirəm” - Ayxan Abbasov

“O futbolçulara güvənirəm” - Ayxan Abbasov

Tarix: 15 Noyabr 2025 20:24

"Seçmə mərhələdə son görüşümüzdür, buna görə də azarkeşlərimizə yaxşı oyun göstərmək istəyirik. Fransa sabah ikinci heyətlə oynasa da, onlar da xal qazanmaq niyyətindədirlər".

Sonxeber.net xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov sabah DÇ-2026-nın seçmə mərhələsində Fransaya qarşı keçirəcəkləri oyundan danışarkən bildirib.

O, Fransa yığması kimi güclü komandalarla oynamağın yaxşı təcrübə olduğunu bildirib:

"Rəqib bəzi əsas oyunçularını Bakıya gətirməyib. Onların yerinə meydana çıxacaq futbolçular özlərini göstərməyə çalışacaqlar. Bizdə də itkilər var. Fransa yığmasına qarşı sonadək hücum oynamaq da çətindir. Lakin tamamilə müdafiədə oturmaq fikrimiz yoxdur".

Baş məşqçi milliyə dəvət alan gənc futbolçulara güvəndiyini söyləyib:

"Biz onları bu cür matçlarda oynatmaqla qazanırıq. Sol cinah müdafiəçilərinin zədələnməsi bizim işimizi çətinləşdirdi. Sabah müəyyən dəyişikliklər olacaq".

Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.


Etiketlər:  futbolçulara güvənirəm Ayxan Abbasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ