Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Uşaq Filarmoniyasında Barokko dövrünün abu-havası yaşandı - FOTO

Dövlət Uşaq Filarmoniyasında Barokko dövrünün abu-havası yaşandı - FOTO

Tarix: 15 Noyabr 2025 18:15

Klassik musiqi sevərlərə əsl Barokko musiqisinin unikal ab-havasını, möhtəşəm ahəngi və dövrün incəliklərini yaşadan musiqi axşamı bəxş edib. Qərb musiqi tarixinin parlaq və mürəkkəb bir dövrüdür. Bu dövr musiqisinin məqsədi tamaşaçıda güclü hislər oyatmaq, təmtəraq və dinamik təsir yaratmaq idi. Səhnə dekoru, işıq effektləri və ümumi vizual həll musiqi ilə harmoniyada səslənərək bu gecəni olduqca təsirli sanki qədim dövrlərə açılan vizual bir səyahətə çevirdi. 

Dövrün ən parlaq bəstəkarları İ.S.Bax, G.Hendel, A.Vivaldi və digər bəstəkarların   yaradıcılığından səslənən nümunələr isə gecəyə xüsusi bir dərinlik və zənginlik qatdı. 

"Simurq" uşaq musiqi festivalının iştirakçıları, Dövlət Uşaq Filarmoniyasının gənc və istedadlı solistləri Büllur Hüseynli (violin), Teymur Qarayev (vokal), Aleksey Dzüba (violin), Nurlana Nəbiyeva (piano), Nigar Həsənova (violin), Deniz Veysalzadə (piano), Fərzin Əfəndiyeva (piano), Fəxriyyə İsqəndərova (piano), Mətanət Ağayeva (piano), Bəhiyyə Əlizadə (flute) çıxış edərək barokko dövrünün seçilmiş əsərlərini yüksək ifa ustalığı ilə təqdim edib, dinləyicilərə duyğulu, zərif və dərin musiqi anları bəxş edib. Konsertin diqqətçəkən məqamlarından biri Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə xanım Tağı-zadənin uşaqlarla birlikdə səhnəyə çıxaraq onlara dəstək olması idi.

Konserti izləyənlər arasında Çin Xalq Respublikasının səfiri Lu Mey və nümayəndəsi, Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Khrystyna Shkula da var idi. Konsertin sonunda Çin Xalq Respublikasının səfir nümayəndəsi iştirakçılara və Uşaq Filarmoniyasının rəhbərliyinə təşəkkürünü bildirib və kiçik hədiyyələr təqdim edib.


Etiketlər:  Dövlət Uşaq Filarmoniyasında Barokko dövrünün havası yaşandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ