Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Formula-1'' pilotları nömrələrini dəyişdirə biləcəklər

''Formula-1'' pilotları nömrələrini dəyişdirə biləcəklər

Tarix: 15 Noyabr 2025 13:02

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) komissiyası gələn mövsüm üçün "Formula-1" qaydalarına dəyişiklikləri təsdiqləyib.

Sonxeber.net xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, "Formula-1" Komissiyasının 2025-ci ildə dördüncü və yekun iclası baş tutub və 2026-cı il qaydalarına yeniliklər də daxil olmaqla, əsas mövzular müzakirə edilib.

Belə ki, müzakirə olunan məsələlərdən biri 2014-cü il mövsümündən sürücülər üçün daimi yarış nömrələri ilə bağlı əsasnaməyə edilən dəyişikliklər olub. Razılaşdırılıb ki, sürücülər üçün karyeraları ərzində nömrələrini dəyişdirmək təklifinə icazə verilsin.

Qeyd edək ki, 2014-cü ildə qəbul olunan əsasnaməyə görə, "Formula-1" sürücülərinə daimi nömrələr verilirdi və "Formula-1" karyeraları boyunca bu nömrələr dəyişilməz qalırdı.


Etiketlər:  Formula pilotları nömrələrini dəyişdirə biləcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ