Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2025 11:06
"Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, buna səbəb futbolçunun zədələnməsi olub.
Xatırladaq ki, daha əvvəl "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən heyətdən çıxarılıb.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda Fransa yığması ilə qarşılaşacaq.