Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Gündüz gülüb-danışmışdıq...” - Yaşar Nurinin həyat yoldaşı

“Gündüz gülüb-danışmışdıq...” - Yaşar Nurinin həyat yoldaşı

Tarix: 15 Noyabr 2025 15:34

Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qızının ölümündən danışıb.

Sonxeber.net xəbər verir ki, o, "Elgizlə izlə" verilişinin canlı efirində açıqlama verib.

"Allah heç kimə qismət etməsin. Gözləmədiyimiz halda olan bir şeydir. Gündüz gülüb-danışmışdıq... Gecə zəng edib ki, gəl", - Rəhimə xanım bildirib.

Y. Nurinin digər qızı Ülkərin sözlərinə görə, 3 mərasimi noyabrın 17-si saat 14:00-da Təzə Pir məscidində baş tutacaq.

Qeyd edək ki, Ülviyyə Yaşarqızı gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.


Etiketlər:  Gündüz gülüb danışmışdıq Yaşar Nurinin həyat yoldaşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ