Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir gəlir vergisi ilə bağlı suallara aydınlıq gətirdi

Nazir gəlir vergisi ilə bağlı suallara aydınlıq gətirdi

Tarix: 19 Noyabr 2025 13:12

"Aşağı gəlirlərə aşağı vergi dərəcələri 3 il ərzində yumşaq və mərhələli keçidlə tətbiq olunacaq".

Sonxeber.net qafqazinfo-ya istinadla xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

"Prezidentin təşəbbüsü ilə əmək bazarında leqallaşma prosesinin davam etməsi üçün yaradılmış münbit şəraitin qorunması məqsədilə daha aşağı gəlirlərə aşağı vergi yükünün müəyyən edilməsi və bunun mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Bu çərçivədə qeyri-neft-qaz özəl sektorunda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib", - nazir qeyd edib.


Etiketlər:  Nazir gəlir vergisi ilə bağlı suallara aydınlıq gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ