Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vinisius seçimini etdi - bu kluba keçəcək

Vinisius seçimini etdi - bu kluba  keçəcək

Tarix: 19 Noyabr 2025 15:44

"Real Madrid"in ulduz hücumçusu Vinisius Juniorun İngiltərə Premyer Liqasına transfer olunacağı ilə bağlı şayiələr yayılıb.

Sonxeber.net-ın Türkiyə mediasına istinadən məlumatına görə, braziliyalı qanad oyunçusunun xüsusilə "Liverpul"a keçmə ehtimalı gündəmdədir.

Hələ klubla yeni müqavilə imzalamayan Vinisiusun "Liverpul" təklifinə müsbət baxdığı bildirilib.

Məlumata görə, "Real Madrid" futbolçunun transferi üçün təxminən 150 milyon avro tələb edir.

İngiltərə klubu isə hazırda 100 milyon avro təklif etməyə hazırdır, bu da razılaşmanın çətin olacağını göstərir.

Hüseyn


Etiketlər:  Vinisius seçimini etdi kluba keçəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ