Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kenan Yıldız ''Yuventus''dan GEDİR: klub maaşı verə bilmir

Kenan Yıldız ''Yuventus''dan GEDİR: klub maaşı verə bilmir

Tarix: 19 Noyabr 2025 12:14

"Yuventus" cari maliyyə vəziyyətinə görə Türkiyə millisinin futbolçusu Kenan Yıldızın tələb etdiyi maaşı qarşılayabilmir.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında müqavilənin uzadılması ilə bağlı aparılan danışıqlar çıxılmaz vəziyyətə düşüb.

Klubun büdcə məhdudiyyətləri səbəbindən istənilən şərtləri təqdim edə bilmədiyi bildirilir.

Məlumatlara əsasən, İngiltərə Premyer Liqasından bir klub yaranmış situasiyadan istifadə edərək qış transfer pəncərəsində gənc hücumçunu transfer etməyə hazırlaşır.

"Yuventus"un oyunçunu saxlaya bilməyəcəyi təqdirdə Kenanın Premyer Liqaya keçidi real görünür.

Hüseyn


Etiketlər:  Kenan Yıldız Yuventusdan GEDİR klub maaşı verə bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ