Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2025 12:05
Reper Orxan Zeynallı 3 günlük konsert proqramı ilə səhnəyə çıxmağa hazırlaşır.
Sonxeber.net xəbər verir ki, müasir musiqi səhnəsinin tanınmış simalarından olan reper Orxan Zeynallı ilk dəfə olaraq üç gün davam edən böyük konsert proqramı ilə dinləyicilərin qarşısına çıxacaq.
Konsert 28, 29 və 30 noyabr tarixlərində Heydər Əliyev Sarayında keçiriləcək.
Orxan Zeynallı bu dəfə tamaşaçılarını fərqli bir konsepsiya ilə qarşılayacaq. Hip-hop üslubu ilə xor ifalarının birləşdirildiyi proqram ölkədə musiqi səhnəsində tamamilə yeni yanaşma kimi təqdim ediləcək. Tamaşaçılar həm sürətli ritmləri, həm də zövqlü musiqi harmoniyalarını bir arada izləyə biləcəklər.