Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hikmət Hacıyev Alison Hukerin ilə Ermənistan-Azərbaycan sülh gündəliyini müzakirə edib

Hikmət Hacıyev Alison Hukerin ilə Ermənistan-Azərbaycan sülh gündəliyini müzakirə edib

Tarix: 19 Noyabr 2025 16:58

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüşüb.

Sonxeber.net xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

"ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüşməkdən məmnunluq duyuram. Müzakirələrimiz Ermənistan-Azərbaycan sülh gündəliyinin irəliləyişi və regional əlaqə təşəbbüslərinin həyata keçirilməsi də daxil olmaqla, geniş spektrli məsələləri əhatə etdi. Biz, həmçinin Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq ruhunu təsdiq edərək, əsas regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi apardıq", paylaşımda qeyd edilib.


Etiketlər:  Hikmət Hacıyev Alison Hukerin ilə Ermənistan Azərbaycan sülh gündəliyini müzakirə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ