Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Emin Mahmudov ən yaxşılar sırasında

Emin Mahmudov ən yaxşılar sırasında

Tarix: 19 Noyabr 2025 19:22

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsində topu rəqibdən geriqaytarma göstəricilərinə görə ən yaxşı oyunçular sırasındadır.

Sonxeber.net xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi altı oyunda 21 dəfə topa müdaxilə edərək onu rəqibdən alıb.

O, bu göstəricidə İslam Çesnokov (Qazaxıstan) və Aleksander Satariano (Malta) ilə eyni nəticəyə malikdir. Lakin onlar bu nəticəyə səkkiz oyunda nail olublar.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində D qrupunda Fransa 13 xalla lider olub, Ukrayna 10 xalla ikinci, İslandiya 7 xalla üçüncü, Azərbaycan isə 1 xalla sonuncu yeri tutub.


Etiketlər:  Emin Mahmudov yaxşılar sırasında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ