Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2025 10:42
ABŞ Dövlət katibinin müavini Allison Huker Şəhidlər xiyabanını ziyarət edib.
Sonxeber.net xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, Allison Huker Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib.
"Dəyərlərini müdafiə edərək həyatını itirən bütün insanları xatırlayır və münaqişə nəticəsində sevdiklərini itirmiş ailələrə və dostlara dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd olunub.