Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Poqba qayıdır

Poqba qayıdır

Tarix: 20 Noyabr 2025 11:14

"Monako"nun yarımmüdafiəçisi Pol Poqba uzun müddətdən sonra yenidən rəsmi matçda iştirak edəcək.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, fransalı futbolçu Liqa 1-in 13-cü turunda "Renn"ə qarşı keçiriləcək oyunda komandaya kömək edəcək.

Bu qarşılaşma 32 yaşlı Poqbanın 26 ay sonra yaşıl meydanlara dönüşü olacaq. O, son dəfə 2023-cü ilin sentyabrında "Yuventus" forması ilə "Empoli"yə qarşı meydana çıxmışdı.

Qeyd edək ki, Poqba dopinq qaydalarını pozduğu üçün uzun müddət futboldan uzaq qalmış, cəzasını başa vurduqdan sonra 2025-ci ilin yayında azad agent statusu ilə "Monako"ya keçmişdi.

Tural


Etiketlər:  Poqba qayıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ